Funksional klavişlər
Funksional klavişlər (ing. function keys) — F1, F2, F3 və s. kimi nişanlanmış və klaviaturanın sol və ya yuxarı qırağı boyunca yerləşdirilmiş on və ya daha artıq sayda klaviş dəsti; bu klavişlər ayrı-ayrı proqramlarda xüsusi əməliyyatların yerinə yetirilməsi üçün istifadə olunur.
Funksional klaviş, mahiyyətcə, "qiyməti proqram" və ya bəzi hallarda istifadəçi tərəfindən müəyyənləşdirilən “proqramlaşdırılan” klavişdir. Yəni, proqramçı tərəfindən klavişə (düyməyə) xüsusi proqram tətbiq edilir. Funksional klaviş tətbiqi proqram və ya əməliyyat sistemi tərəfindən tez-tez rast gəlinən komandalar ardıcıllığını tez çağırmaq, ya da başqa bir yolla erişilməyən funksiyaya müraciət etmək üçün istifadə olunur. Belə ki, funksional klaviş (tək və ya digər klavişlərlə, məsələn, Control və ya Alt ilə kombinasiyada) verilmiş proqramın ekran arayışını çağıra bilər, kursorun yerini dəyişə bilər, xüsusi rejimi aktivləşdirə bilər və s.
F1 – Kömək pəncərəsinin açılması
F2 – Qovluğun və ya faylın adının dəyişdirilməsi
F3 – Cari qovluğda və ya Windows ƏS-də axtarış panelin açılması
F4 – Aktiv pəncərənin bağlanması
F5 – Qovluğun və ya faylın məzmunun yenilənməsi
F6 – Kursorun brauzerin adres sətirinə yerləşdirilməsi
F7 – Mətnin yoxlanışı
F8 – Windows ƏS yoxlanılan zaman yükləmə rejiminə icazə
F9 – Word sənədinin yenilənməsi
F10 – Pəncərənin menyusunun çağırışı
F11 – Tam ekranlı rejimə keçid
F12 isə Word proqramında yaddaşa vermək komandası üçündür.